"Bavariya"dan yeni rekord

00:01 18 Oktyabr 2015

“Bavariya” “Verder”ə qalib gələrək yeni rekorda imza atib.
Sportarena.az xəbər verir ki, Bundesliqanın IX turunda keçirilən “Verder” – “Bavariya” matçında qonaqlar 0:1 hesabı ilə qalib gələrək ardıcıl 9-cu qələbəsini qazanıb. Bu göstərici ilə daha öncə heç bir komandanın edə bilmədiyini edən “Bavariya” klubu öz rekordunu yeniləmiş olub.
Qeyd edək ki, sonuncu dəfə 2011-2012- ci il sezonunda 9 oyundan 8-ində qələbə qazanan “Bavariya” klubu rekorda imza atmışdır.

 


Xəbər xətti