"Fənərbaxça"da şok itki

18:37 19 Oktyabr 2015

Türkiyə Superliqasının 8-ci turunda səfərdə "Kayserispor"u 1:0 hesabı ilə məğlub edən "Fənərbaxça" ciddi itki ilə üzləşib. Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Luiş Nani zədələnib.

 

Matçın ikinci hissəsində zədə alan futbolçu Dieqo Ribasla əvəzlənib. Zədəsinin ciddi olduğu bildirilən portuqaliyalı futbolçunun Avropa Liqasında "Ayaks", superliqada isə "Qalatasaray"la derbi matçında iştirak etməyəcəyi gözlənilir. Lakin Naninin son durumuna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, "Fənərbağça" "Ayaks"la oktyabrın 22-də, "Qalatasaray"la isə 25-də qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti