"Qarabağ"ın rəqibi ciddi itki üzləşdi

17:14 20 Oktyabr 2015

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" ciddi itki ilə üzləşib. Sportarena.az, London təmsilçisinin yarımmüdafiəçisi Naser Şadli zədələnərək sıradan çıxıb.

 

"Liverpul"la Premyer Liqa görüşündə (0:0) zədələnən futbolçunun bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belədə 26 yaşlı futbolçu Avropa Liqasında "Anderlext"lə heç bir görüşdə iştirak etməyəcək.

 

Qeyd edək ki, oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində səfərdə "Anderlext"in qonağı olacaq "Tottenhem" iki həftə sonra Belçika təmsilçisini evdə qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti