"Benfka" İstanbulda "Qalatasaray"ı biabır elədi: 11:1

18:21 21 Oktyabr 2015

"Qalatasaray"ın U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib. Sportarena.az xəbər verir ki, "sarı-qırmızılılar" evdə "Benfika" ilə qarşılaşıblar.

 

Matçda hesabı meydan sahibləri açsalar da, qonaqlar bunun əvəzini artıqlaması ilə çıxıblar. "Qalatasaray"ın qapısından nə az, nə çox 11 top keçirən Portuqaliya təmsilçisi rəqibini biabır edib.

 

"Benfika"nın qollarını Dioqo Qonçalves (3), Xose Qomes (3), Joao Karvalyo (2), Renato Sançes, Hildeberto Pereyra ve Fransisko vurublar.


Digər xəbərlər

Xəbər xətti