Kasilyasdan yeni rekord

01:15 22 Oktyabr 2015

"Porto"nun qapıçısı İker Kasilyas Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sportarena.az xəbər verir ki, bu hadisə Çempionlar Liqasının qrup mərhələsində "Makkabi" (Təl-Əviv) ilə görüşə təsadüf edib. 
 
İsrail təmsilçisi ilə matçda (2:0) qapısının toxunulmazlığını qoruyan 34 yaşlı qolkiper Çempionlar Liqasında qol buraxmadığı oyunların sayını 51-ə çatdırıb. Bununla da, Kasilyas turnirin yeni rekordçusu olub.
 
Qeyd edək ki, "Mançester Yunayted"in sabiq qapıçısı Edvin van der Sar Çempionlar Liqasında 50, Viktor Valdes və Peter Çex 45, Canluici Buffon isə 37 oyunda qapısını toxunulmaz saxlayıb.


Digər xəbərlər

Xəbər xətti