Dodo: "Hələ heç nə bitməyib" - MÜSAHİBƏ

16:45 23 Oktyabr 2015

Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun "Borussiya" ilə oyunundan sonra "Qəbələ"nin kapitanı Dodo jurnalistlərin suallarını cavablandırıb. Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Rəqib Almaniyanın yox, dünyanın ən güclülərindən idi. Belə komandaya qarşı oynamaq daha çətindi. Biz əks-hücumda oynamağa çalışırdıq. İrəlidə topu itirdikdən sonra geri qayıtmağa məcbur olurduq. Belə olan halda çox güc sərf edirdik. Ona görə də təbii olaraq kökdən düşdük.

 

- Matçın əvvələrində yaranan imkanların birindən istifadə etsəydiz, belə sonluq ola bilərdimi?

- Əlbəttə, şanslardan istifadə edə bilsəydik, hər şey fərqli ola bilərdi. Həm psixoloji üstünlük bizdə olacaqdı, həm də meydanda daha rahat oyun sərgiləyəcəkdik. Fürsətləri əldən verdikdən sonra bunu kompensasiya edə bilmədik.

 

- Bu məğlubiyyətdən sonra “Qəbələ”nin mərhələni adlamaq şansının azaldığını düşünmək olarmı?

- Xeyr, heç nə bitməyib. Qarşıda 3 oyunumuz var. Xallar qazanıb, ardıcıl 2 məğlubiyyətin əvəzini çıxmalıyıq.

 

- Bu gün təsəlli qolunun müəllifi sən oldun...

- Bəli, qol vurdum. Bu, hər bir futbolçu üçün xoşdu. Vurduğum qol bizə nə qələbə, nə də bərabərlik gətirmədiyini üçün, bunun elə də əhəmiyyəti yoxdu.

 

- Obameyanq bu qədərmi qarşısıalınmaz futbolçudu?

- Biz gənc komandayıq, təcrübəmiz azdı. Obameyanqı saxlaya da bilərik, bu vaxtla bağlı bir şeydi. Bir vaxtlar heç qrup mərhələsində də iştirak etmirdik. Amma indi burdayıq. Hər şeyi zamanın gedişinə bağlamaq lazımdı.


Xəbər xətti