Mourinyo qovulsa, fantastik təzminat alacaq

19:21 27 Oktyabr 2015

İstefaya göndəriləcəyi iddia olunan "Çelsi"nin baş məşqçisi Joze Mourinyonun təzminat qiyməti müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, London klubu portuqaliyalı mütəxəssislə yollarını ayıracağı təqdirdə ona 30 milyon funt (təqribən 48 milyon manat) təzminat ödəməli olacaq.

 

2013-cü ildə ikinci dəfə "Çelsi"nin baş məşqçi vəzifəsinə gətirilən Mourinyonun klubla müqaviləsi 2019-cu ildə başa çatır. Ötən mövsüm Premyer Liqanın qalibi olan Mourinyonun komandası cari mövsüm uğursuz çıxışı ilə diqqət çəkir. "Zadəganlar" geridə qalan 10 turda cəmi 11 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, Premyer Liqanın 11-ci turunda "Liverpul"u məğlub etməyəcəyi təqdirdə Mourinyonun "Çelsi"dən qovulacağı iddia olunur.


Xəbər xətti