"Anderlext" Bakıda "Qarabağ"a məğlub olduğu üçün təzminat ödədi

14:16 28 Oktyabr 2015

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a məğlub olan (0:1) "Anderlext" azarkeşlərinə təzminat ödəyib.

 

Sportarena.az xəbər verir ki, "Anderlext" futbolçuları "Qarabağ"la oyun üçün Bakıya uzun yol qət edən azarkeşlərinə jest edərək onlara maddi təzminatla yanaşı, oyunçuların imzaları olan formalar verilib.

 

Bundan əlavə həmin 53 fanat komandanın futbolçuları - Silvio Proto, Yuri Tilemans və Stefano Okakanın müşayəti ilə klubun bazasını ziyarət etmək imkanı qazanıblar.

 


Xəbər xətti