Messi "El Klasiko"da iştirak edə biləcəkmi?

14:28 28 Oktyabr 2015

"Barselona"nın həkimləri komandanın ulduz futbolçusu Lionel Messinin zədədən sonrakı bərpa prosesindən razı qalıblar. Sportarena.az xəbər verir ki, bu barədə Kataloniyanın "Sport" qəzeti xəbər yayıb. 

 

Bu isə o deməkdi ki, argentinalı forvard La Liqanın XII turunda "Real"la səfərdə keçiriləcək oyuna qədər tam hazır olacaq.

 

Daha əvvəl bildirilirdi ki, Messi dizindəki problemə görə ən azı 7-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

"Real" - "Barselona" görüşü noyabrın 21-i keçiriləcək.


Xəbər xətti