Yunus Mallı Türkiyə millisini seçdi

16:17 29 Oktyabr 2015

"Maynts"ın türk əsilli hücumçusu Yunus Mallı milli komanda ilə bağlı seçimini edib. Sportarena.az xəbər verir ki, 24 yaşlı forvard Türkiyə millisində oynayacağını açıqlayıb.

 

Bu barədə alman klubunun rəsmi "Twitter" hesabı məlumat yayıb. Mallının bu qərarından sonra Fatih Terimin onu Fransaya aparıb-aparmayacağı maraqla gözlənilir.

 

Qeyd edək ki, Mallı "Maynt"sın heyətində 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti