"Qarabağ" - "Monako": Azarkeşlərə şad xəbər

17:47 30 Oktyabr 2015

"Qarabağ" noyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Monako" klubunu qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, bu klubun mətbuat xidmətindən "sportal.az"a məumat verilib. Xəbərə görə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletləri gələn həftənin 1-ci günü satışa çıxarılacaq. Bu qarşılaşma üçün 30 min bilet satışda olacaq. Əvvəlki oyunlardan fərqli olaraq bu dəfə biletlərin qiyməti daha ucuz olacaq. Belə ki, qarşılaşmanın biletlərinin qiyməti 1-20 AZN təşkil edəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Monako" oyunu noyabrın 5-də saat 20:00-da start götürəcək.


Xəbər xətti