"Borussiya" - "Qəbələ": Baş hakim bəlli oldu

14:50 2 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Borussiya" (Dortmund) - "Qəbələ" matçının baş hakimi müəyyənləşib. Sportarena.az xəbər verir ki, Almaniyada keçiriləcək oyun belçikalı referiyə tapşırılıb. Oyunu Sebastien Delferiere idarə edəcək.

 

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Borussiya" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Xəbər xətti