Gəncə qocaman azarkeşini itirdi

12:54 5 Noyabr 2015

Gəncə futboluna ağır itgi üz verib. “Kəpəz”in qocaman azarkeşlərindən olan, geniş publika arasında nəinki Gəncədə, bütün ölkədə tanınan Hüseyn Hüseynov vəfat edib. Sportarena.az xəbər verir ki, hamının Hüseyn dayı kimi tanıyıb çağırdığı azarkeş 74 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

 

“Kəpəz”in vurğunu olan Hüseyn dayı havanın necə olmasından asılı olmayaraq uzun illər boyunca doğma komandasının pis və yaxşı günlərində bütün ev oyunlarını tribunadan izləyib. Yaşının çoxluğuna baxmayaraq, əksər həmyaşıdlardan fərqli o, hec vaxt yerində sakit oturmayıb. Özünə məxsus çılğınlığı ilə seçilən Hüseyn dayı ayaqüstə komandaya dəstək olub, ayrı-ayrı epizodlara aktiv şəkildə reaksiya verib. Məhz bu hərəkətləri onu azarkeşlər arasında tanıdıb və sevdirib.

 

Onun hər oyundan əvvəl meydançaya çıxaraq komandaların kapitanlarına gül dəstəsi bağışlaması da unudulmaz məqamlardandır.

 

“Kəpəz” PFK-nın kollektivi Hüseyn dayının vəfatı ilə bağlı mərhumun ailə üzvlərinə, yaxınlarına başsağlığı verir, Hüseynovların dərdinə şərik olduğunu bildirir.

 

Allah rəhmət eləsin!


Digər xəbərlər

Xəbər xətti