Bakıda keçiriləcək Avropa çempionatının vaxtı dəqiqləşdi

15:46 5 Noyabr 2015

2017-ci ildə qadın voleybolçular arasında Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsinin təxmini keçirilmə vaxtı dəqiqləşib. Sportarena.az xəbər verir ki, yarışın sentyabrın 1-də start götürməsi planlaşdırılır.

 

Avropa Voleybol Konfederasiya (CEV) bu tarixin dəyişəcəyini də istisna etmir. Çünki adətən 9 gün ərzində keçirilən həlledici mərhələ üçün Azərbaycan və Gürcüstan tərəfinə sentyabrın 1-dən oktyabrın 15-dək tarix seçməyi təklif edib. 2 qonşu ölkə rəsmiləri məsləhətləşdikdən sonra qərarlarını CEV-ə açıqlayacaqlar və beynəlxalq qurumda öz növbəsində bunu təsdiqləyəcək.

 

Faiq Qarayevin yetirmələrinin də qatılacağı yarışda 16 millinin iştirak edəcək ki, onlardan da artıq 7-si məlumdu. Bunlar ev sahibləri ilə yanaşı, Avro-2015-in mükafatçıları - Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. Seçmə mərhələdə isə 9 yer uğrunda 29 komanda mübarizə aparacaq.

 

Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları - yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.


Digər xəbərlər

Xəbər xətti