Fatih Terim Kamran Ağayevi izləyəcək

12:32 7 Noyabr 2015

 PTT 1-ci Liqasında oynanılacaq "Karşıyaka" - "Göztəpə" matçı Türkiyədə böyük maraqla gözlənilir.

Sportarena.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin çıxış etdiyi "Karşıyaka"nın "Göztepe" ilə keçirəcəyi derbi matçını Türkiyə millisinin baş məşqçisi Fatih Terim stadiondan izləyəcək. Sözügedən matç 8 noyabr saat 13:30-da baş tutacaq. Görüşün referisi isə təcrübəli FİFA referisi Cüneyt Çakır olacaq.

Qeyd edək ki, "Karşıyaka" klubu Türkiyə PTT 1-ci Liqasında 10 turdan sonra 9 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti