Güləşçimiz yarışdan kənarlaşdırıldı... Davaya görə - VİDEO

12:35 11 Noyabr 2015

Avropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla Belarus idmançısı İvan Yankovski arasında keçirilən görüş insidentlə yadda qalıb.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz hesabda 4:3 öndə olduğu zaman güləşçilər arasında dava baş verib.

 

125 kq çəkidə yarışan güləşçilər gözlənilmədən bir-birilərinə yumruq zərbələri endirməyə başlayıb. Lakin məşqçilər heyətinin araya girməsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, hər iki idmançı yarışdan diskvalifikasiya olunub və yarışın nəticəsi ləğv edilib.(qol.az)

 


Xəbər xətti