Millimizin üzvü Dubaya gedir

19:23 14 Noyabr 2015

Millimiz və "Ayntraxt"ın qapıçısı Emil Balayev komandasının qış təlim-məşq toplanışında iştirak edəcək. Sportarena.az xəbər verir ki, Frankfurt təmsilçisi yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yola düşəcək.

 

Düzdür, həkimlər hələ azərbaycanlı qapıçının məşq etməsinə icazə vermirlər. Onun bundan sonra daha altı həftə meydana çıxmayacağı bildirilir. Amma komandasının qış təlim-məşq toplanışına qədər sıraya dönməsi gözlənilir.

 

Qeyd edək ki, Balayev sıraya döndükdən sonra üzünə xüsusi maska taxmaqla məşq edə və oynaya biləcək.


Digər xəbərlər

Xəbər xətti