Benzema üçün qovulma təhlükəsi: sübuta yetirilsə

22:47 15 Noyabr 2015

"Real"ın prezidenti Florentino Peres komandasının hücumçusu Kərim Benzemanı sata bilər.

Sportarena.az xəbər verir ki, Benzemanın "Lion"un üzvü Matye Valbuenanı gizli videoçəkilişlə şantaj etdiyi məhkəmə tərəfindən sübuta yetirilsə, fransız forvard transferə çıxarılacaq.

Məlumatda bildirilir ki, "Real" təcrübəli futbolçunu 2016-cı ilin yanvarında sata bilər.

Hazırda bu işlə bağlı məhkəmə prosesi davam edir. 


Digər xəbərlər

Xəbər xətti