"Real"ın əfsanəsi karyerasını başa vurdu

14:59 16 Noyabr 2015

"Real"ın sabiq hücumçusu Raul Qonzales futbolla vidalaşıb.

 

Sportarena.az xəbər verir ki, son olaraq "Nyu-York Kosmos"da çıxış edən ispan oyunçu dünən son matçına çıxıb. "Ottava Furi"yə qarşı oyunla Raul peşəkar karyerasına son qoyub.

 

Qeyd edək ki, Raul peşəkar futbola 1994-cü ildə "Real"da başlayıb. 2010-ci ilə kimi Madrid klubunda çıxış edən 38 yaşlı oyunçu daha sonra "Şalke"yə transfer olunub.O, "Nyu-York Kosmos"dan əvvəl isə "Əl-Sədd"də oynayıb.


Digər xəbərlər

Xəbər xətti