Millimizdə ciddi itki

18:30 17 Noyabr 2015

"Avro-2017"nin seçmə mərhələsi çərçivəsində Rusiya ilə qarşılaşan 21 yaşadək futbolçulardan ibarət yığmamız ciddi itki ilə üzləşib. Sportarena.az xəbər verir ki, millimizin hücumçusu Elnur Cəfərov ikinci hissənin ortalarında zədələnib.

 

Rəqib futbolçunun müdaxiləsindən sonra yerdə qalan "Xəzər Lənkəran"ın forvardı oyunu davam etdirə bilməyib.

 

Onun zədəsinin ciddi olub-olmadığı hələ bilinmir.


Xəbər xətti