"Kapitan sarğısını kimin taxması elə də önəmli deyil" - Rahid Əmirquliyev

12:27 18 Noyabr 2015

“Moldova ilə matç ilin son oyunu idi. Buna görə də qələbə qazanmaq istəyirdik. Qarşıya qoyulan məqsədə nail olduq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri "futbolxeber.az"a açıqlamasında milli komandamızın üzvü Rahid Əmirquliyev deyib. Təcrübəli futbolçu Moldova üzərində qazandıqları 2:1 hesablı qələbəni belə şərh edib:

 

“Çox çətin oyun keçdi. Matçın sonlarına yaxın nisbətən müdafiəyə daha çox diqqət ayırdıq. Bunun səbəbini bilmirəm. Bəlkə də bu yorğunluqdan irəli gəlirdi. Qol epizodlarımız da çox oldu. Şükürlər olsun ki, yekunda meydanı qələbə ilə tərk etdik”.


Əmirquliyev qeyd edib ki, kapitan kimi meydana çıxması onun üçün heç nəyi dəyişmir: “Bundan əvvəl Serbiya ilə oyunda da millini kapitan kimi çıxarmışdıq. Kapitan sarğısını mənim və ya bir başqasının taxması elə də önəmli deyil. Daha əvvəl millidə necə oynayırdımsa, Moldova ilə görüşdə də elə çıxış etdim”.

 

Təcrübəli futbolçu 2015-ci ili millimiz üçün belə dəyərləndirib: “Seçmə mərhələyə 4 məğlubiyyətlə başlamışdıq. Lakin məşqçi dəyişikliyindən sonra uğurlu çıxış etdik. Bolqarıstanla görüşü çıxmaq şərti ilə qalan görüşlərdə yaxşı çıxış etdik”.

 

“Xəzər Lənkəran”ın kapitanı DÇ-2018-in seçmə mərhələsi haqda da fikirlərini bölüşüb: “Növbəti tsikldə neçə xal toplayacağımızı heç kim deyə bilməz. Alınsa, qrupdan da çıxa bilərik. Düşünürəm ki, DÇ-2018-in seçmə mərhələsində daha yaxşı çıxış edəcəyik”


Digər xəbərlər

Xəbər xətti