"Qəbələ"nin rəqibi ciddi itki ilə üzləşdi

14:04 19 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə qarşılaşacaq PAOK-da ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, Yunanıstan klubunda Xaris Xarisis zədələnərək sıradan çıxıb. Onun hansı müddətə sıradan çıxdığı bəlli olmasa da, "Qəbələ" ilə matçda oynamayacağı dəqiqdir.

 

Qeyd edək ki, PAOK - "Qəbələ" matçı noyabrın 26-ı Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti