İlham Zəkiyev fəxri sakin oldu

16:30 19 Noyabr 2015

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər stadionunda "Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, vətən əsgəri" devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.

 

Sportarena.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, tədbir iştirakçıları mərasimin əhəmiyyətindən danışıblar. Cəbhə xəttinin Füzuli istiqamətində torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirən Paralimpiya çempionu, İlk Avropa Oyunlarının qalibi İlham Zəkiyevə Füzuli rayonunun fəxri sakini vəsiqəsi və medalı təqdim edilib. Daha sonra vətənpərvərlikdən bəhs edən tamaşa göstərilib. Əsgərlər müxtəlif çevik hərəkətlər nümayiş etdiriblər.


Digər xəbərlər

Xəbər xətti