Boksçumuz Sofiyada qızıl medal qazandı

19:15 19 Noyabr 2015

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında keçirilən "Balkan Cup" başa çatıb. Sportarena.az xəbər verir ki, yarışda Azərbaycan millisi 1 qızıl medal qazanıb.

 

London Olimpiadasının iştirakçısı Yelena Vıstropova 69 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Kanada təmsilçisini, finalda isə ispaniyalı Mirriam Qutyerrez Parranı məğlub edib.

 

Qeyd edək ki, “Balkan Cup”da İngiltərə, Fransa, İtaliya, Ukrayna, Bolqarıstan, Vyetnam, Kanada, Avstraliya, Yaponiya, Mərakeş, Əlcəzair kimi ölkələrin təmsilçiləri mübarizə aparıblar.


Digər xəbərlər

Xəbər xətti