“El-Klasiko” üçün terror təşvişi

22:44 19 Noyabr 2015

İspaniya La Liqasının XII turunda baş tutacaq "Real" - "Barselona"la oyunu ilə bağlı ölkə rəhbərliyi ciddi tədbirlər görür.

Sportarena.az xəbər verir ki, son vaxtlar Avropa ölkələrində baş verən terror hadisələri ispanları narahat edir. Onlar “El-Klasiko”da hər hansı bədbəxt hadisənin yaşanmaması üçün matçın keçiriləcəyi "Santyaqo Bernabeo" stadionunda ən azı 1000 polis və 400-ə qədər özəl təhlükəsizlik nümayəndəsi olacaq. Bu məlumatı İspaniyanın daxili işlər naziri də təsdiqləyib.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 21-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti