UEFA-dan Türkiyə klubları ilə bağlı gözlənilməz qərar

01:09 21 Noyabr 2015

UEFA Türkiyənin “Trabzonspor” və “Fənərbaxça”  futbol klublarının gəlir hesablarını dondurub.

Məsələ ilə bağlı “Fənərbaxçadən verilən açıqlamaya görə, həmin klubun hesabı müvəqqəti dondurulub:

“UEFA-nın maliyyə-nəzarət şöbəsi tərəfindən qoyulan məhdudiyyət qaydalara əməl etməməyə görə tətbiq olunub. Dekabrın 4-də həmin qurumda dondurulma ilə bağlı mətbuat konfransı keçiriləcək və geniş açıqlama veriləcək. Hər halda, bu məhdudiyyət yoxlamaların sonuna qədər qüvvədə qalacaq və sonra aradan götürüləcək”.

“Trabzonspor” da UEFA-nın bu qərarını klubla bağlı başlanan vergi araşdırması ilə bağlayıb.


Xəbər xətti