Son şans

16:40 23 Noyabr 2015

Cüdo idman növü üzrə milli komandamız noyabrın 24-dən 30-dək Portuqaliyanın Odivellas şəhərində keçiriləcək 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran açıq Avropa çempionatına yola düşürlər. Sportarena.az xəbər verir ki, bu idman növü üzrə artıq 2 çəki dərəcəsində lisenziya qazanılıb.

 

Bunlar 66 kq çəki dərəcəsində Bayram Mustafayev və 73 kq çəki dərəcəsində Ramil Qasımovdur. Digər paralimpiyaçı cüdoçularımız üçün bu qitə birinciliyi son şans olacaq.


Xəbər xətti