Boksçularımızdan dörd medal

18:14 23 Noyabr 2015

Qazaxıstanın Atırau şəhərində boks üzrə qadınlar arasında beynəlxalq turnirə yekun vurulub. Sportarena.az xəbər verir ki, komandamız yarışda 1 gümüş və 3 bürünc medala sahib olub.

 

54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova yarımfinalda 2012-ci ilin dünya çempionu rusiyalı Aleksandra Kuleşovanı məğlub etsə də, finalda yerli boksçu Dina Jolamana uduzub.

 

Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (+81 kq) bürünc medalla kifayətləniblər.


Digər xəbərlər

Xəbər xətti