Bakıya səfər öncəsi Poçettinodan 3 futbolçuya jest

18:39 23 Noyabr 2015

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunu öncəsi komandasının üç futbolçusuna əlavə istirahət imkanı yaradıb. Sportarena.az xəbər verir ki, bunlar yarmmüdafiəçi Delle Alli və hücumçular Son Hin Minlə Harri Keyndir.

 

Qeyd edək ki, hər üç futbolçu ötən İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində "Vest Hem"lə ev oyununda çıxış edib. Alli 71, Min 85, Keyn isə 90 dəqiqə mübarizə aparıb.

 

"Qarabağ" - "Tottenhem" qarşılaşması noyabrın 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti