"Qarabağ" - "Tottenhem": Nə qədər bilet satılıb?

18:17 24 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Qarabağ" - "Tottenhem" (İngiltərə) oyununa bilet satışı davam edir. Sportarena.az xəbər verir ki, oyuna artıq 7 mindən çox bilet satılıb.

 

Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1, 2, 5 və 10 manatdır. Oyunu VİP sektordan izləmək istəyənlər isə 50 manat ödəməlidir.

 

Qeyd edək ki, noyabrın 26-sında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 22:00-da start götürəcək.


Xəbər xətti