Millimizin sabiq üzvü karyerasını bitirdi

15:27 25 Noyabr 2015

Azərbaycan yığmasının sabiq müdafiəçisi Elhad Nəziri futbolçu karyerasını başa vurub. Sportarena.az "azerisport.az"a istinadən xəbər verir ki, buna səbəb onun yayda "Neftçala"nı tərk etdikdən sonra özünə klub tapa bilməməsi olub.

 

Qeyd edək ki, Berti Foqtsun dövründə milli komandamıza dəvət olunan bu futbolçu Bakının "Lokomotiv", Moldovanın "Milsami", Rumıniyanın "Petrolul" klublarında, eləcə də "Rəvan", "İnter" və "Araz Naxçıvan"da çıxış etmişdi.


Xəbər xətti