PAOK-un baş məşqçisi: "Әgәr bunu bacarmasaq, çox pis olacaq”

22:49 25 Noyabr 2015

“Bizim inamlı qәlәbәyә ehtiyacımız var. Futbolçularım mәşqdә çox yaxşı çalışırdılar. Onları meydanda da belә görmәk istәyirәm."
Sportarena.az xəbər verir ki, bu sözləri Avropa liqasının 5-ci turu çərçivəsində evdə "Qəbələ"ni qəbul edəcək PAOK-un baş məşqçisi İqor Tudor jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Bizi digәr oyundakı nәticә maraqlandırmır. Bütün fikrimiz öz matçımızdadır. Bizim üçün xüsusi hallar var. Mәn öz oyunçularımın vәziyyәtini bilirәm vә onlara güvәnirәm. Kapitan Anastasiadisin әvәzinә Pelkas oynayacaq. Biz birinci qol vurmalıyıq. Әgәr bunu bacarmasaq, çox pis olacaq”.


Digər xəbərlər

Xəbər xətti