"Qarabağ" - "Tottenhem" oyununda 30 min bayraq

15:00 26 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin V turunda bu gün "Qarabağ" - "Tottenhem" oyunu keçiriləcək.

 

Sportarena.az xəbər verir ki,  oyunda tribunaya üzərində Azərbaycanın dövlət bayrağının rəngləri və "Qarabağ"ın emblemi əks olunmuş 30 min bayraq düzüləcək.

 

Xatırladaq ki, bundan əvvəl "Qarabağ" - "Monako" qarşılaşmasının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionuna oturacaqlarına 30 min Azərbaycan bayrağı düzülmüşdü.

 

Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" matçı bu gün saat 22:00-da başlayacaq.


Xəbər xətti