"Bakıya qələbə üçün gəlmişik" - Dayer iddialı danışdı

17:53 26 Noyabr 2015

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Tottenhem”in futbolçusu Erik Dayer klubun rəsmi saytına açıqlama verib. Sportarena.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın güclü komanda olduğunu bildirib:

 

"Qarabağ" güclü komanda olduğunu ilk oyunda göstərdi. Topla oynamağı sevən komandadır. Bu oyun bizim üçün çətin olacaq".

 

Gənc futbolçu vacib matçda qələbə qazanmaq istədiklərini vurğulayıb: "Həm də uzun yol qət etmişik. Təbii ki, qələbə üçün gəlmişik. Biz hər zaman qələbə üçün oynayırıq. Qalib gəlib, qrupdan çıxmaq istəyirik".


Digər xəbərlər

Xəbər xətti