Şahmatçımız 20th Cultural Village Chess Tournament” turnirinin qalibi olub

21:34 27 Noyabr 2015

Hollandiyanın Veyk-an-Zeya şəhərində “20th Cultural Village Chess Tournament” beynəlxalq şahmat turniri başa çatıb.

Turnirdə Azərbaycan qrossmeysteri Nicat Abbasov qalib gəlib. Beləliklə, N.Abbasov prestijli “Тata Steel Chess” turnirində iştirak etmək hüququ qazanıb.

“20th Cultural Village Chess Tournament” turnirində Azərbaycan nümayəndəsi ilə yanaşı Kanada, Niderland, Gürcüstan və İranı təmsil edən daha 9 şahmatçı iştirak edirdi.

20 yaşlı Azərbaycan qrossmeysteri sonuncu turda yerli şahmatçı Robbi Kevlişviliyə qalib gəlib. O, 9 mümkün xaldan 7,5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kanadalı Erik Xansen 7 xalla ikinci, hollandiyalı Roeland Pruijsers isə 5,5 xal ilə üçüncü yeri tutub.

Xatırladaq ki, Nicat Abbasov 78-ci “Тata Steel Chess” turnirində Azərbaycanı təmsil edəcək ikinci nümayəndədir. Həmin yarışda beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək.

Şahmat festivalı gələn il yanvarın 15-dən 31-dək Hollandiyanın Veyk-an-Zeya şəhərində keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti