"Qalatasaray"da ciddi itki

22:45 27 Noyabr 2015

“Qalatasaray”ın aparıcı futbolçusu Yason Denayerin zədəsi ilə bağlı açıqlama verilib.
Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Atletiko” ilə matçın 24-cü dəqiqəsində sağ ayaq əzələsini dartıb. Müayinədən keçən belçikalı futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, “Qalatasaray” sözügedən oyunda 2-0 hesabı ilə məğlub olub.

 


Xəbər xətti