Millimizin "Böyük dəbilqə" üçün heyəti açıqlandı

12:10 1 Dekabr 2015

Noyabrın 4-dən 6-dək Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük dəbilqə” yarışı keçiriləcək. Sportarena.az xəbər verir ki, ilin son mötəbər turnirinə Azərbaycan millisi də qatılacaq.

 

Komandamızın baş məşqçisi Peter Zayzenbaher Tokioda cəmi 2 idmançıya - Elmar Qasımovla Elxan Məmmədova şans verəcək. 100 kq çəki dərəcəsində tatamiyə çıxacaq cüdoçularımızın döyüşləri noyabrın 6-na təsadüf edəcək.

 

“Böyük dəbilqə”də ümumilikdə 96 ölkədən 528 idmançı (324 kişi, 204 qadın) qatılacaq.


Xəbər xətti