Budaq Nəsirova 2 oyunluq diskvalifikasiya

14:25 1 Dekabr 2015

AFFA İntizam Komitəsinin bugün keçirilən iclasında əvəzedici heyətlərin XIV turunun oyunları da müzakirə olunub. Sportarena.az xəbər verir ki, İK aşağıdakı qərarları qəbul edib.

 

"Kəpəz" – "İnter" matçının 90-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Budaq Nəsirov aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

 

"Zirə" – "Xəzər Lənkəran" matçının 86-cı dəqiqəsində Zirə təmsilçisinin futbolçusu Şahvələd Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

"Qəbələ" – "Rəvan" matçının 88-cı dəqiqəsində əyalət klubunun futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti