Birinci divizionda baş məşqçi istefası

15:15 1 Dekabr 2015

MOİK-də baş məşqçi istefası reallaşıb. Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Divizion təmsilçisi Şamil Adilovla yolları ayırıb.

 

Uzun müddət MOİK-də çalışmış mütəxəssis uğursuz nəticələrə görə işindən ayrılmalı olub.

 

Belə ki, klub rəhbərliyi komandanın cari mövsümdəki nəticələrini (11 oyunda 12 xal) qənaətbəxş hesab etmədiyindən, Adilovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

 

“Hərbçilər”in yeni baş məşqçinin adı yaxın zamanda açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti