Boksçularımız ruslara yerini göstərdi

19:26 1 Dekabr 2015

Azərbaycan Boks Federasiyasında Moskva günləri çərçivəsində Moskva və Bakı şəhərlərinin boks üzrə yeniyetmə idman komandaları arasında yoldaşlıq görüşü keçirilib. Sportarena.az xəbər verir ki, hər iki ölkənin idmançıları 7 çəki dərəcəsində qüvvələrini sınayıblar.

 

Yoldaşlıq görüşündə 48 kq çəki dərəcəsində Fərid Səfərli – Vadim Yuşin, 50 kq-da Əflatun Babayev – Aleksandr Muşikov, 52 kq çəkidə Elşən Cəbiyev – Anatoli İonov, 54 kq çəki dərəcəsində Vüqar Məmmədli – Vitaliy Boytsov, 57 kq-da Səbuhi Abışov – Qleb Zverev, 59 kq çəkidə Rüfət Nəbiyev – Hacımurad Buriyev və 65 kq çəki dərəcəsində Nəcəb Niftəliyev – Deni Axmatov qarşılaşmaları keçirilib.

 

Yarış Azərbaycan boksçularının 4-3 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti