Azərbaycan çempionatında ikihakimiyyətlilik hökm sürür

22:49 2 Dekabr 2015

Respublika Şahmat Mərkəzində kişilər arasında Azərbaycan çempionatında 5-ci turun görüşləri yekunlaşıb.

Bu turda Ramil Cavadov və Çingiz Rzayev qarşılaşması sülh ilə nəticələnib. Fərid Aslanov ağ fiqurlarla Elvin Bayramova məğlub olub. Rəşad Zeynallı Andrey Mustafin üzərində qələbə qazanıb. Nərmin Söyünlü və Cahangir Niftəliyev qarşılaşması isə ikinci tərəfin xeyrinə başa çatıb.

Beləliklə, 5 turdan sonra Elvin Bayramov və Ramil Cavadov hərəyə 4 xal toplayaraq liderlik edirlər. Çingiz Rzayev, Cahangir Niftəliyev və Rəşad Zeynallı 3,5 xal toplayaraq 3-5-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, yarışda 2014-cü ildə birinci dəstənin və Bakı çempionatının hər birinin 5 mükafatçısı, seçmə yarışın 3 mükafatçısı, kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14,16,18 və 20 yaş), dünya və Avropa çempionatlarının mükafatçıları (12-20 yaş), uşaq olimpiadasının 3 qalibi mübarizə aparır. Ölkə çempionatında, həmçinin qadınlar arasında beynəlxalq qrossmeyster, beynəlxalq usta və FİDE ustaları, beynəlxalq əmsalı 2000-dən az olmayanlar iştirak etmək hüququ qazanıblar. 


Digər xəbərlər

Xəbər xətti