"Qəbələ" ilə matç bizim taleyimizi müəyyənləşdirəcək" - "Krasnodar"ın baş məşqçisi

15:10 5 Dekabr 2015

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Rusiyanın "Krasnodar" klubunun baş məşqçisi Oleq Kononov dünən ölkə çempionatında "Kuban" üzərindəki 3:2 hesablı qələbədən sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, o, həmçinin Avroliqanın son turunda qarşılaşacaqları "Qəbələ" ilə matçdan da danışıb. Kononov təmsilçimizlə oyunu finala bərabər matç sayıb:

 

"Qəbələ" ilə matç bizim üçün çox önəmlidir. Bizim taleyimizi müəyyən edəcək matçdır. Bizim qrupdakı vəziyyətimiz bundan asılı olacaq. Ümid edək ki, hər şey əla olacaq və qələbə qazanıb psixoloji vəziyyətimizi üst səviyyəyə çıxaracağıq".


Digər xəbərlər

Xəbər xətti