"Qəbələ" "Krasnodar" üçün Olimpiya Stadionunda

01:33 8 Dekabr 2015

“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlıqlarına start verib. 
Sportarena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XV turunun dekabrın 6-da “Xəzər Lənkəran”la səfərdə keçirilən oyunundan (1:0) sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda davam etdirir. Komanda bu gün Bakıda məşq keçib. Futbolçular fiziki hazırlıqla kifayətləniblər. Sabah “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunda növbəti məşqini gerçəkləşdirəcək. “Qəbələ” oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı “Bakcell Arena”da keçirəcək.
Xatırladaq ki, qrupda son oyununa çıxacaq komanda “Krasnodar”la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq. Oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
VI tur, 10 dekabr
C qrupu
22:05. “Qəbələ” – “Krasnodar” (Rusiya)
Baş hakim:
İştvan Kovaç (Rumıniya)
Baş hakimin köməkçiləri: Mikloş İştvan Naqi, Vasile Florin Marinesku (hər ikisi Rumıniya)
Əlavə köməkçi hakimlər: Kristian Balay, Marius Avram (hər ikisi Rumıniya)
Dördüncü hakim: Ovidiu Artene (Rumıniya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
Bakı. “Bakcell Arena” stadionu


Digər xəbərlər

Xəbər xətti