"Anderlext" - "Qarabağ": Nə qədər bilet satılıb?

11:06 9 Dekabr 2015

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Belçikada "Anderlext"lə "Qarabağ" arasında keçiriləcək matça bilet satışı davam edir. Sportarena.az xəbər verir ki, bu görüş üçün satışa çıxarılan biletlərdən 17 000-i artıq satılıb.

 

"Anderlext"in ev oyunlarını keçirdiyi "Konstant Vandenstok" stadionu 28 000 azarkeş tutumuna malikdir. Amma avrokubok oyunlarında arenanın tutumu 21 845 nəfər olur. Həmçinin, qonaq komanda üçün nəzərədə tutulan sektorun da boş qalacağı bildirilir.

 

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-dan 11-nə keçən gecə keçiriləcək və saat 00:05-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti