Məhəmməd Əlinin malikanəsi də satışa çıxarıldı

10:40 15 Dekabr 2015

Əfsanəvi boksçu Məhəmməd Əlinin malikanəsi daşınmaz əmlak bazarında satışa çıxarılıb. Sportarena.az xəbər verir ki, Filadelfiya ətrafında yerləşən malikanə 750 min dollara satılır.

 

1965-ci ildə meşəlik ərazidə tikilən malikanənin sahəsi 621 kvadratmetrdir. Evdə 5 yataq otağı, 5 vanna otağı, 14 metr uzunluğunda bar, hovuz və həyətdə tennis kortu var.

 

Xatırladaq ki, bu ilin əvvəlində M.Əli və onun rəqibi Sonni Listonun əlcəkləri hərracda 956 min dollara satılmışdı. Həmin əlcəklər 1965-ci ildə tərəflər arasında məşhur döyüşdə istifadə edilmişdi.


Xəbər xətti