"Lokomotiv" İstanbula getməli və gücümüzü sübut etməlidir" - "Qəbələ"nin sabiq çalışdırıcısı

15:18 15 Dekabr 2015

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Moskva "Loomotiv"inin Avropa Liqasının 1/16 final mərhələsində "Fənərbaxça" ilə düşməsinə münasibət bildirib. Sportarena.az xəbər verir ki, ölkə mətbuatına danışan rusiyalı mütəxəssis yerli komandanın İstanbula getməli və gücünü göstərməli olduğunu söyləyib:

 

"Heç bir boykotdan söhbət getməməlidi. Sadəcə, ora getmək və meydanda güclü olduğumuzu sübut etmək lazımdı. Belə bir şey 2002-ci ildə də olmuşdu. Hətta həmin vaxt azarkeşlər bizi "Cəhənnəmə xoş gəlmisiz" banneri ilə qarşılamışdılar. Buna baxmayaraq, sonda futbol qələbə qazandı və biz İstanbuldan yaxşı nəticə ilə qayıtdıq. Düşünürəm ki, bu gün "Lokomotiv" də bunu edə bilər".

 

Qeyd edək ki, Rusiya və Türkiyə arasında son vaxtlar gərgin münasibət hökm sürdüyündən, Avroliqada bir-birinə rəqib olan komandaların neytral meydanda qarşılaşmaq variantları müzakirə olunur.


Digər xəbərlər

Xəbər xətti