"Qarabağ" yenə "Sumqayıt"la bacarmadı, "Zirə" 2-ci pilləyə yüksəldi - YENİLƏNİB

20:20 16 Dekabr 2015

Topaz Premyer Liqasında XVII turun oyunları davam edir. Sportarena.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma keçiriləcək.

 

Günün ilk oyunu "Azərsun Arena"da olacaq. "Qarabağ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Ağdam klubu qələbə qazanmaqla həm zirvədəki yerini möhkəmləndirmək, həm də ilk dövrədəki məğlubiyyətin əvəini çıxmaq niyyətindədi.

 

Digər oyun isə Zirədə baş tutacaq. "Zirə" "Qəbələ"ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüş həm də ikincilik oyunu olacaq. Belə ki, qalib gələn komanda turnir cədvəlində 2-ci pilləyə yüksələcək.

 

Topaz Premyer Liqası, XVII tur

16 dekabr

 

16:30. "Qarabağ" - "Sumqayıt" 2:2
Qollar: Riçard Almeyda, 57 (pen.), Dani Kintana, 89 - Amil Yunanov, 7, Mikayıl Rəhimov, 53

Qırmızı vərəqə: Raydell Pupon, 90

Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

 

18:30. "Zirə" - "Qəbələ" 1:0
Qol: Nicat Qurbanov, 24

Zirə İdman Kompleksinin stadionu


Digər xəbərlər

Xəbər xətti