Eddi İsrafilovdan komandaya bəd xəbər

15:37 16 Dekabr 2015

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun zədəsi davam edir.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın "Eybar" klubunun şərəfini qoruyan həmyerlimiz La Liqanın 15-ci turunda da komandasına kömək edə bilməyəcək. Son turları zədə səbəbindən buraxmalı olan futbolçu şənbə günü "Deportivo" ilə keçiriləcək görüşdə də forma geyməyəcək.

 

Qeyd edək ki, "Eybar" hazırda 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti