"Komandaların sayının artırılması hələlik gündəmdə deyil" - Vaqif Sadıqov

17:17 16 Dekabr 2015

Bir neçə gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert, milli komandanın baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin üzvləri və Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə keçirilmiş görüşdə çempionatda çıxış edən komandalarının sayının artırılması təklif olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

 

O, bildirib ki, təklif "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov tərəfindən irəli sürülüb. Lakin məsələ elə orada dondurulub: "İclasda bildirilib ki, hazırda Premyer Liqada olan komandaları saxlamaq lazımdır. Həm "Xəzər Lənkəran", həm də "İnter"i qorumalıyıq. Hər ikisi köklü klubdur. Mövsüm sonuna qədər onları qorumalıyıq. Yəni hazırkı Premyer Liqanı qorumaq vacib bilinib".

 

Komitə sədri qeyd edib ki, daha bir neçə klubun da vəziyyətinin ağır olması səbəbindən komandaların sayının artırılması məsələsi hələlik gündəmdə deyil.


Xəbər xətti