Qalmaqallı prezident yeni baş məşqçi tapdı

18:38 24 Dekabr 2015

Türkiyə superliqa təmsilçisi "Gənclərbirliyi"nin yeni baş məşqçisi müəyyənləşib.Sportarena.az xəbər verir ki, baş məşqçi vəzifəsinə Yılmaz Vural gətirilib.

 

62 yaşlı mütəxəssislə bu gün rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, iki gün öncə klubun prezidenti İlham Cavcav baş məşqçi təyin etdiyi Fuat Çapanı bir neçə saatdan sonra qovub. Bu səbəbdən komanda müvəqqəti olaraq əvəzedicilərin baş məşqçisi Mustafa Kaplana tapşırılmışdı.


Xəbər xətti